Gəncə-Qazax iqtisadi rayonunun ərazisində “Milli Yaylaq Festivalı” başlayıb. Əsas məqsədi yaylaq və elat ənənələrinin yaşadılması və təbliği olan festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutur. Festivalın keçirilməsinə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tərəfindən də dəstək verilir. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan el şənliyi 3 gün ərzində, iyul ayının 28-dək davam edəcək.
Qeyd edək ki, festivalda “Aqrar Tədarük və Təchizat” ASC də iştirak edir. Həmçinin, festival ərazisində Kənd Təsərrüfatı yanında fermerlərə dəstək məqsədilə yaradılan Aqrar Ticarət Şirkətinin 3 müxtəlif stendi- araba, alaçıq və promostend qurulub. Festivalın ilk günündən etibarən şirkətin yerli fermerləri dəstəkləmək və kənd təsərrüfatı sahəsini stimullaşdırmaq üçün yaradılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ), Kənddən Şəhərə və Şəhərdən Kəndə layihələri nümayiş etdirilir. Festival iştirakçılarına, xüsusən də kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarına, yerli fermerlərə layihələr haqqında ətraflı məlumat verilir. Bundan başqa festival ərazisində qurulan stendlərdə müxtəlif meyvə quruları, bal çeşidləri, “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan məhsullar (düyü, noxud, çay) və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənir və satışı həyata keçirilir. Festivalda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının dequstasiyası da həyata keçirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024