Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkənin regionlarında fermerlər və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlar üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlimlər keçirməyə başlayıb.
Təlimdə vurğulanıb ki, problemli kreditlərin yaranmasının əsas səbəbi istehsalçıların lazımi maliyyə savadına malik olmamalarıdır. Fermerlərdə uğurlu təsərrüfat yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün onların bu keyfiyyəti vacibdir.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə - qrant, kredit, istərsə də investisiya layihələrində ilk növbədə fermerlərə maliyyə savadlılığını təbliğ edir.
“Maliyyə savadlılığının artırılması” təlimlərinin intensiv – həftəlik olaraq bütün bölgələrdə keçirilməsinin daha bir səbəbi də fermerləri güzəştli kreditlərin verilməsinə hazırlaşdırmaqdır. Təlim iştirakçılarına büdcə, qənaət, borc alma və investisiya kimi əsas maliyyə anlayışları barədə məlumatlar verilir, eləcə real iqtisadi şərtlər əsasında qərar vermək bacarıqları aşılanır.
İndiyədək Quba və Lənkəran rayonlarında belə təlimlər keçirilib. Növbəti “Maliyyə savadlılığı” təlimi iyunun 8-də Göygöl rayonunda keçiriləcək.
Təlimlərə giriş ödənişsiz və sərbəstdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024