Dövlət Toxum Fondu fermerlərin yüksək məhsuldar toxumlarla təmin olunması üçün daim işlər aparır. Fond bu məqsədlə 28 dekabr 2018-ci il tarixində Rusiya Federasiyasından 38 ton \"Udaça\" sortlu, birinci reproduksiyalı kartof toxumunun idxalını həyata keçirib.
Yüksək məhsuldar, ölkənin iqlim şəraitinə uyğun və vegetasiya dövrü qısa olan bu toxumlar Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbardan 01 mart 2019-cu il tarixində kartofçuluq üzrə inkişaf etmiş Cəlilabad, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə təqdim olunub. Qeyd edək ki, təqdim olunan toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradacaq.
Dövlət Toxum Fondunun əsas prioriteti fermerləri məhsuldar və ölkənin iqlim şəraitinə uyğun olan toxumlarla təmin etmək, bununla da fermerlərin böyük zəhmət bahasına yetişdirdikləri məhsulların həm keyfiyyətinin, həm də məhsuldarlığının bol olmasına zəmin yaratmaqdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024