Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bununula bağlı sadə hesablamanı açıqlayıb.
Fonddan verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox iki bölgədədir - Şəki-Zaqatala və Quba-Xaçmaz regionları.
Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri
Şəki-Zaqatala regionunda - 3,21%
Quba-Xaçmaz regionunda – 1,31% təşkil edir.
Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı
Şəki-Zaqatala regionunda - 11 sentner;
Quba-Xaçmaz regionunda - 12,3 sentnerdir.
Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir.
Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür.
Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı
Quba-Xaçmaz regionunda - təqribən 60 manatdır.
Bundan
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ - 30 MANAT
Dövlətin ödədiyi məbğləğ – 30 manat
Şəki-Zaqatala regionunda - təqribən 128 manatdır.
Bundan
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ - 64 MANAT
Dövlətin ödədiyi məbğləğ – 64 manat təşkil edir.
Hesablama - ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək. Daha ətraflı: https://asf.gov.az/bitkichilik.
Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı Bitkiçilik üzrə sığorta kalkulyatoru və Heyvandarlıq üzrə sığorta kalkulyatoru vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığorta haqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024