Cari ilin yanvar ayından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.
Bakı şəhəri MKT İK MMC-nin pambıq emalı zavodu ilə bağlanılmış müqavilə əsasında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzi tərəfindən 65000 m3 ərazidə fumiqasiya tədbirləri həyata keçirilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar-avqust aylarında Fumiqasiya Mərkəzi tərəfindən 40393.90 ton dənli, dənli-paxlalı yemlər, 146980.49 ton texniki yük, 254590.84 m3 meşə materialı,1893688 m3 istehsal və saxlanma yerləri zərərvericilərdən təmizlənib.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması-kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Zərərvericilərlə sirayətlənmiş istehsal və saxlanma yerlərindəki məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konsorogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem, nə də toxum kimi istifadə etmək olmaz.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024