Fransanın Overny-Ron-Alp regionunda işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bu regionun Ticarət Palatasının rəhbərləri ilə görüşüb.
Görüşdə regionda kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı sərmayə yatırımı, eləcə də ticarət əlaqələrinin qurulması imkanları müzakirə edilib.
Nazir İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, bu sahəyə dövlət dəstəyi haqqında ətraflı məlumat verib. Həmçinin Azərbaycanda yaradılmış ilk kooperativin uğurlu fəaliyyətindən danışaraq, yeni kooperativlərin yaradılması planlarından söz açıb.
Overny-Ron-Alp regionunun regional müşaviri, regional əməkdaşlıq şəbəkəsinin (RESACOOP) prezidenti Alen-Berlioz Kurle, regionun kənd təsərrüfatı palatasının prezidenti Jilber Giqnan, Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə direktoru Floran Beltet kənd təsərrüfatının müxtəlif sektorları üzrə əməkdaşlıq imkanları haqqında geniş məlumat verib, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Overny-Ron-Alp regionunun “Şərablar” komitəsinin regional nümayəndəsi və “Coop de France” kooperativlər federasiyasının regional direktoru ilə görüşüb. Görüşdə ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına dair Dövlət Proqramı haqqında ətraflı məlumat verilib.
Tərəflər bu sahədə, eləcə də kooperativlərlə bağlı təcrübələrin qarşılıqlı bölüşməsini müzakirə ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024