Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan Uğur, Çənlibel, Vaqif və Turan kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində nümayiş əkinləri aparılıb. Nümayiş əkinində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər iştirak edib.
Nümayiş əkini prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlğı və nəzərdə tutulan tədbirlər barədə ətraflı müzakirələr aparılıb.
Bildirilib ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur.
Gələcəkdə bu sortların rayonlaşdırılaraq toxumçuluğunun təşkil olunması nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024