Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) iştirakçılarının “İsmayıllı regionunda gənc fermerlərə dəstək” layihəsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) keçirdiyi müsabiqədə qalib olub. Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlıq çərçivəsində bu ölkədə təlim keçmiş gənc fermerlər kiçik qrantlar qazanıblar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi AMAL layihəsinin benefisiarlarına – İsmayıllı rayonundan olan 5 gənc fermerdən ibarət qrupa fəaliyyətlərinin təkmilləşdirilməsi üçün 5 ədəd qoyun qırxma avadanlığı, 2 ədəd çadır, 2 ədəd portativ generator, 4 qutu peyvənd iynəsi və 2 ədəd su çəni təqdim edilib.
Qeyd edək ki, aqrar sahədə gənclərin rolunu artırmaq məqsədilə həyata keçirilən AMAL 2019-cu ilin fevralından icra olunur. İndiyədək layihədən ölkənin müxtəlif rayonlarında 1000-ə yaxın gənc fermer faydalanıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024