Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, \"Aqrar İnkişaf Könüllüləri\"nin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə \"Gənc Aqronomlar Məktəbi\" layihəsi başlayıb.
Görüşdə aqronomların peşəkarlığının daha da artırılması və bu sahədə perspektivlərindən danışılıb. Layihə rəhbəri Valeh Əsədov çıxış edərək aqrar siyasətdə gənclərin rolundanbəhs edib. O, tədbir iştirakçılarına bu sahədə dünyada tətbiq olunan innovativ metodları barədə məlumat verib.
Daha sonra təlimçi Onur Yusubov “Aqrar sahəyə göstərilən dövlət qayğısı” mövzusunda interaktiv təlim keçib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, müsahibə mərhələsindən keçərək \"uğurlu iştirakçı\" statusu qazanmış 40 gənc 4 gün müddətində müxtəlif mövzular üzrə təlimlərə cəlb ediləcək. Layihənin növbəti mərhələsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə səfər edəcəklər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024