Kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsi davam edir. Biləsuvar rayonundan sonra bu texnika Goranboy rayonunda sınaqdan keçirilib.
“Case New Holland Industrial” şirkəti ilə "Aqroservis" ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının pambıq sahələrində sınaq yığımları mərhələsinə xanım mexanizator da cəlb edilib.
”Aqroservis” ASC-nin Ağsu rayon bölməsində 4 il mexanizator olaraq çalışan Nəzakət Abuzərova bildirib ki, yeni nəsil kombaynlarının idarə edilməsi çox asandır. Belə ki, texnikanın yüngül və kiçik həcmli olması onun sahədə yaxşı manevr etməsinə və pambığın operativ yığılmasına imkan verir.
Qeyd edək ki, Azərbaycana gətirilən yeni nəsil kombaynlar ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. Bu layihə Azərbaycandakı kiçik fermerlərə pambıq yığımında dəstək olmaq məqsədi daşıyır. Yeni nəsil “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Kombaynın çəkisi az və ölçüsü yığcam olduğundan sahələrarası daşınması çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər kombaynlarla müqayisədə az olması bu kombaynlara sahələrdə daha yaxşı manevr etməyə imkan verir. Bu kombaynlar daha az yanacaq sərf etdiyindən digər kombaynlarla müqayisədə istismar xərcləri azalır.
Bundan başqa, bu kombaynların ehtiyyat hissələrinin kompakt və asan konstruksiyası onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan verir. Mütəxəssislər hesab edir ki, yeni nəsil kombaynın Azərbaycanın fermelərinin ehtiyaclarına uyğunlaşdırılması pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024