Şəkidə 417 hektar əkin sahəsində çəyirtkələrə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb
Şəkinin Acınohur, İncə və Səbətli kəndlərinin ərazisində İtaliya çəyirtkəsinə (Calliptamus italicus) qarşı fitosanitar monitorinq həyata keçirilib və kütləvi sirayətlənmə aşkar olunmuş 417 ha əkin sahəsində iyulun 5-də kimyəvi mübarizə tədbirlərlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən aparılan mübarizə tədbirlərində Artst (0,3l/ha) və Asetisuper (0,2kq/ha) insektisidlərindən istifadə edilib və yüksək bioloji səmərəlilik əldə edilib. İsçi məhlul kimi 200 litr su götürülüb. Vaxtında başlayan mübarizə nəticəsində meyvə bağları, qarğıdalı, tütün və bostan-tərəvəz sahələrinə vurulan ziyanın və İtaliya çəyirtkəsinin yumurta qoymaq mərhələsinin qarşısı alınıb.
Mübarizə tədbirləri iyulun 13-də başa çatıb.
Şəki Bitki Mühafizəsi Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı çəyirtkələrin Gürcüstanın İori yaylasından Qax və Zaqatala rayonlarının arasındakı Qanıx və Alazan çayları vasitəsi ilə miqrasiya etdiyi müəyyən olunub.
İtaliya çəyirtkəsinin miqrasiyası axırıncı dəfə 2012-2014-cu illərdə baş verib. Çəyirtkələr kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.
Kimyəvi mubarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5m/san-dən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 km/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib tokulməlidir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024