Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Salyan, İmişli və Beyləqan rayonlarında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək məqsədilə sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün imtahan keçirilib. Qeydiyyata alınmış təhsil müəssisələri və kurslarını bitirib traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisasına yiyələnən şəxslər nəzəri və təcrübi imtahan veriblər.
Komissiya üzvləri və regional bölmələrin rəhbərləri imtahan prosessini izləyib.
İmtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında təlimat”a uyğun sürücülük vəsiqələri təqdim edilib.
Obyektivlik və şəffaflığın təmin edilməsinə nəzarət məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev imtahanlarda iştirak edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024