Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində “Arıların sağlamlığı və intensiv arıçılıq” mövzusunda elmi-praktik seminar və sahə nümayişi keçirilib.
Seminarda ölkəmizdə arıçılığın mövcud vəziyyəti və problemləri, arıçılıqda süni mayalanmanın təşkili, arılara qulluq qaydalarının pozulması səbəbindən baş verən xəstəlik və digər mənfi hallar, geniş yayılmış infeksion xəstəliklər ətrafında müzakirələr aparılıb, fermerlərə lazımi tövsiyələr verilib.
Daha sonra Arıçılıq Mərkəzinin təcrübə sahəsində arılara yaz qulluq qaydaları nümayiş etdirilib, arıçılıq üçün yem bazasının yaradılması qaydaları izah olunub, eyni zamanda arılar üçün qiymətli yem hesab olunan bitkilərin əkin sxemi əyani nümayiş etdirilib.
Sahə nümayişində arıçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024