İşğaldan azad olunmuş ərazilərdə xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı müasir üsullarla peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi əməkdaşları işğaldan azad edilmiş Xocavənd rayonunun ərazisində meşə və meşəətrafı sahələrə, vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə, sahibsiz itlərin çox olduğu ərazilərə ümumilikdə 400 doza aldadıcı yem atıblar.
Peyvəndləmə tədbirlərində iştirak edən AXA-nın sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq. Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib. AXA-nın əməkdaşları peyvəndləmənin nəticələrini müəyyən etmək üçün tədbirdən üç gün sonra ərazilərdə monitorinqlər keçirirlər.
Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024