İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda fermerlərə təlim-seminar keçirilib.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin böyük elmi işçisi Nəriman Seyidov dənli və dənli paxlalı bitkilərdə kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə fermer və fərdi təsərrüfat nümayəndələrinə vahid sahədən dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərdən yüksək və keyfiyyətli məhsul toplanması üçün zəruri olan aqrotexniki qulluq işləri, məhsul yığımının keyfiyyətli aparılması və bu zaman təhlükəsizlik qaydalarına əməl olunması barədə geniş məlumat verilib.
Təlimdə qarşılıqlı müzakirə aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb və iştirakçıların təklifləri qeydiyyata alınıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024