Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verilib. Ən çox yaş barama tədarükü Zərdab (67.163 ton), Ağcabədi (44.891 ton), Balakən (41.301 ton), Zaqatala (34.844 ton), Şəki (23.468 ton), Bərdə (22.358 ton) və Füzuli (19.982 ton) rayonlarında qeydə alınıb.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.
Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024