23-25 iyun 2018-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi” çərçivəsində Bakı şəhərində keçirilən “Fitosanitar karantin laboratoriyalarında tədqiqat üsullarının qiymətləndirilməsi” mövzusunda seminar başa çatıb.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Ələddin Eyvazov kadrların ixtisaslaşmasında göstərdiyi dəstəyə görə FAO-nun rəhbərliyinə və Mələk Çakmaka təşəkkür edib: “Kadrlarımız bu tədbir sayəsində biliklərini daha da zənginləşdirdilər və bitki və bitkiçilik məhsulları üzərində karantin zərərvericilərinin müəyyənləşdirilməsi istiqamətində görülən işlərin mahiyyətini daha dərindən dərk etdilər. Buna görə də FAO-nun rəhbərliyinə və Mələk xanıma həm öz adımdan, həm də Dövlət Xidmətinin kollektivi adından təşəkkürümü bildirirəm”.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, Dövlət Xidmətinin tərkibində karantin laboratoriyalarının yaradılması və fəaliyyət göstərməsi Azərbaycanda karantin zərərvericilərinə qarşı aparılan mübarizənin səmərəliliyini daha da artırır: “Laboratoriyalar yarandığı gündən gənc və savadlı kadrların işə cəlb edilməsi və onların ixtisaslaşdırılması istiqamətində əsaslı işlər görülüb. Xüsusilə, FAO xətti ilə də onlara həm ölkə daxilində, həm də xarici ölkələrdə silsilə təlimlərin keçirilməsi bütün işlərin özəyini təşkil edib. Burada gördüyümüz gənc kadrlar bu günə qədər görülən işlərin mahiyyətini daha gözəl anlayaraq işlərində püxtələşməyə başlayıblar. Mən bütün kadrlara işlərində uğurlar arzu edirəm”.
FAO-nun beynəlxalq məsləhətçisi xanım Natalya Şerokolava isə tədbirin keçirildiyi müddətdə göstərdikləri fəallığa görə Dövlət Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirib.
Tədbirin sonunda seminar iştirakçılarına FAO-nun beynəlxalq sertifikatı təqdim olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024