Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Şəkidə Əkinçilik, Heyvandarlıq Elmi-Tədqiat İnstitutları və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Aqrar sahənin inkişafında asan kənd təsərrüfatı modelinin əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda alim və mütəxəssislərlə yanaşı fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Yusifov Şəki rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətlər, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına məlumat verib.
Sonra çıxış edən Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Cavanşir Təlai konfransın məqsədi, kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, “Asan kənd təsərrüfatı”nın Aqrar Sənaye Kompleksinin inkişafındakı rolu haqqında danışıb. Heyvandarlıq Elmi-Tədqiat İnstitutunun elmi işlər üzrə direktor müavini Füzuli Mirzəyev təmsil olunduğu institutda ayrı-ayrı prioritet istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri, onların nəticələri, fermerlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri, “Asan kənd təsərrüfatı”nın heyvandarlıq sahəsinin idarə olunmasında və qarşıya çıxacaq problemlərin operativ həll edilməsindəki rolu, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Elxan İlyasov, Əkinçilik Elmi-Tədqiat İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru Məclum Şükürov rəhbərlik etdikləri müəssisələrin qarşısında duran vəzifələr, fermerlərin maarifləndirilməsi ilə əlaqədar aparılan informasiya məsləhət xidmətləri, cari ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər.
Konfransda Əkinçilik Elmi-Tədqiat İnstitutunun Bitki seleksiyası şöbəsinin elmi işçisi Zöhrab Qəribov “Aqrar sahənin inkişafında asan kənd təsərrüfatı modelinə dair dünya praktikası”, Heyvandarlıq Elmi-Tədqiat İnstitutunun laboratoriya müdiri Yasin Gözəlov “Müasir dövrdə heyvanların indentifikasiyasının aparılması qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər. Konfrans iştirakçılarının böyük marağına səbəb olan bu təqdimatlarda Azərbaycanda əsası qoyulan elektron kənd təsərrüfatı və informasiya sisteminin üstünlükləri, aqrar sahənin bitkiçilik, heyvandarlıq sahələrini əhatə edən və Çin Xalq Respublikasına, ABŞ və digər inkişaf etmiş ölkərə məxsus “Asan kənd təsərrüfatı” modellərindən nümunələr yer alıb.
Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024