Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyi pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini həyata keçirib.
Vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 2500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib. Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib. Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.
Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşuralar verilib.
Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024