Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilimiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə əlaqədar Kənd Təsərrfatı Nazirliyi tərəfindən son 6 ayda keçirilən təlimlərdə 39921 nəfər iştirak edib.
Belə ki, avqust ayından start götürülən təlimlərin 2697-si 2019-cu ildə, 91-i isə cari ildə keçirilib. Müvafiq olaraq ötən il keçirilən təlimlərə 38709 nəfər, bu ilin yanvarında isə 1212 nəfər cəlb edilib.
Nazirlik tərəfindən keçirilən təlimlərə 29781 fermer ilə yanaşı, 8480 icra və bələdiyyə nümayəndəsi, Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların 907 əməkdaşı, 589 baytarlıq və 164 süni mayalanma mütəxəssisi də cəlb edilib.
Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət üzrə aparılıb:
Heyvan subsidiyası ilə bağlı keçirilən təlimlər davam etdirilir, yaxın vaxtlarda “Arı subsidiyası”, “Barama subsidiyası”, “Məhsul subsidiyası” və “Toxum-ting subsidiyası” ilə bağlı təlimlərə başlanılacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024