Fransada səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Oksitani regionunun prefekti Etyen Quyo ilə görüşüb.
Görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar, aqrar sahənin inkişaf istiqamətləri, texnologiyaların tətbiqi, elmi araşdırmalar haqqında məlumat verilib. Həmçinin ölkəmizin Fransa regionları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Prefekt E.Quyo qeyd edib ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində bütün imkanları sərf etməyə, lazımi dəstəyi verməyə hazırdır. O, azərbaycanlı nazirin fransız həmkarı ilə görüşü barədə də məlumatı olduğunu diqqətə çatdırıb.
Nazir İ.Kərimov Fransanın növbəti ildə Bakıda keçiriləcək ənənəvi “Caspian Agro” beynəlxalq sərgisində daha geniş formatda iştirak etməyi planlaşdırdığını diqqətə çatdıraraq, Oksitani regionundan olan şirkətləri də sərgiyə dəvət edib. O, Fransanın kənd təsərrüfatı şirkətlərini ölkəmizdə fəal olmağa çağırıb və dövlət tərəfindən fermerlərə verilən güzəştlərdən, subsidiyalardan söz açıb. Vurğulayıb ki, fransız şirkətləri Azərbaycana gəlməklə ölkədə həyata keçirilən irimiqyaslı beynəlxalq infrastruktur layihələrindən yararlanaraq, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilərlər.
İnam Kərimov, həmçinin kənd təsərrüfatı texnikası satışı bazarının liberallaşmasından, investisiya yatırmaq sahəsində yaradılan münbit şəraitdən danışaraq, Oksitani regionunun şirkətlərini ölkəmizdə investisiya layihələri həyata keçirməyə dəvət edib.
Oksitani prefekti E.Quyo kənd təsərrüfatı sahəsində yaradılan şəraitlə tanış olmaq üçün ölkəmizə dəvət olunub və o, bu dəvəti məmnunluqla qəbul edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024