Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 30 may 2019-cu il tarixdə, saat 11:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran və Astara rayonlarının sakinləri ilə görüşəcək. Mayın 30-da saat 11:00-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-205-44-24), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-40852-62) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024