Kənd təsərrüfatı naziri İnam Kərimov Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Uruqvay arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir bu əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Öz növbəsində, qəbula görə təşəkkür edən Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq niyyətində olduqlarını bəyan edib.
Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024