Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının B növü üzrə - 280 vakant vəzifə üzrə 281 yer, dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının A növü üzrə 66 yer və dövlət qulluğuna qəbul üçün ümumi müsahibə üzrə 9 vakant vəzifə üzrə 9 yer namizədlərin müraciətləri üçün 15 mart 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində elana çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyi informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və Nazirliyin strukturuna daxil olan qurumlar üzrə müəyyənləşib.
Müsahibə mərhələsi üzrə qeydiyyat 13 aprel 2021-ci il tarixinədək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
https://eservices.dim.gov.az/DQQ/Elan/MsbMshElanList?ElanID=444
https://eservices.dim.gov.az/DQQ/Elan/MsbMshElanList?ElanID=445
https://eservices.dim.gov.az/DQQ/Elan/UmMshMshElanList?ElanID=442
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024