Kənd Təsərrüfatı Nazirliyi “Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair Straterji Yol Xəritəsi”nə uyğun olaraq aqrar təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlərin işlənib hazırlanması məqsədilə sorğular keçirib. Nazirliyin İnsan resursları şöbəsinin Təhsil sektoru tərəfindən aparılan sorğular üç istiqaməti - məzunların işlə təminatı, işəgötürənlərin məzunların bilikləri haqqında rəyinin öyrənilməsi və əmək bazarının təlabatının müəyyənləşdirilməsi istiqamətlərini əhatə edib.
Sorğuya 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirən aqraryönümlü ixtisaslar üzrə 532 məzunun 56%-i cəlb olunub. Sorğuda iştirak edən 300 məzunun 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.
Məzunların işlə təminatının müəyyənləşdirilməsi məqsədilə aparılan sorğu zamanı məlum olub ki, işləyən respondentlərin 43%-i öz ixtisasları üzrə çalışır. Sorğunun nəticələri onu göstərir ki, tələbələrin universitetə aşağı bal ilə qəbul olmaları onların ixtisaslarına olan maraqlarına, ali təhsil müəssisəsindən gözləntilərinə və gələcək karyera seçimlərinə təsir göstərib.
Özəl və dövlət qurumları daxil olmaqla 201 təşkilat arasında keçirilən sorğu işəgötürənlərin təhsilin keyfiyyətinə dair məmnunluq səviyyəsini qiymətləndirməyə imkan verib. Belə ki, rəyi soruşulan işəgötürənlər məzunların praktiki və tətbiqi biliklərinin daha da gücləndirilməsini tövsiyə ediblər.
Əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi məqsədilə 60 rayonda fəaliyyət göstərən ümumilikdə 201 kiçik, orta və iri sahibkar, eləcə də 1321 ailə təsərrüfatı arasında sorğu keçirilib. Sorğunun nəticələrindən bəlli olub ki, Azərbaycanda dövlət dəstəyi nəticəsində kənd təsərüfatı sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarında, həmçinin ailə təsərrüfatlarında innovativ texnologyalar inkişaf etməkdədir. Təsərrüfatlarda innovativ texnologiyanın tətbiqinin genişləndirilməsi üçün tədris proqramlarında, kvalifikasiya və peşə standartlarının yenilənməsi məqsədəuyğun sayılır. Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və nəticələr üzrə müvafiq tövsiyələr hazırlanıb. Beləliklə, aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi və aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin etmək üçün aşağıdakıları tövsiyə olunur:
90%-ə çatdırmaq);
əsaslanan tədrisin təşkilini qurmaq;
keyfiyyətini beynəlxalq səviyyəyə çatdırmaq;
Sorğuların nəticələri aqrar təhsil sahəsində metodiki təlimatların hazırlanmasında istifadə olunacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024