Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.
Görüşdə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Fərmandan irəli gələn vəzifələr, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydaları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara “Aqrar sığorta haqqında” qanunun işləmə mexanizmləri, bu qanunun fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.
Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı üçün nəzərdə tutulan dövlət dəstəyi tədbiri ilə bağlı fikirlərini bölüşüblər.
Fermerlər Şurasının üzvlərindən Əfras Əsgərov, Fatma Hüseynova və Əlibala Səlimov pambıq yığımının gedişi barədə məlumat veriblər. Qeyd olunub ki, dövlət dəstəyi və düzgün aqrotexniki qulluq nəticəsində bu il pambıqçılıqda yüksək məhsuldarlıq əldə olunub. Fermerlər Şurasının üzvləri Zəfər Nəsirov, Mirağa Həsənov, Jalə Əmirbəyova, Sevil Osmanova, Əhmədov Mehman, Murad Rüstəmov, Xanım Babayeva və digərləri aqrokimya laboratoriyalarının fəaliyyəti, kooperativlərin yaradılması zərurəti, əkin zamanı sertifikatlı toxumdan istifadə, aqrar xidmətlərin elektronlaşdırılması, keyfiyyətli və məhsuldar ting növlərinin satışı, intensiv bağların genişləndirilməsi, məhsul satışının təşkili, aqrar sahədə peşəkar kadrların hazırlanması, meliorasiya məsələləri ilə bağlı təkliflər səsləndiriblər.
Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurası ölkənin qabaqcıl fermerlərindən təşkil olunub. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024