2-5 aprel 2019-cu il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” regional layihəsi çərçivəsində ilk təlim-seminar keçirilib.
Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda həyata keçirilən regional layihənin məqsədi hədəf ölkələrdə informasiya məsləhət xidmətinin gücləndirilməsinə nail olmaqdır.
Seminarda iştirakçı ölkələrin nümayəndələri, beynəlxalq məsləhətçilər də daxil olmaqla ümumilikdə 21 nəfər təmsil olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və Təlim şöbəsinin sektor müdiri Fidan Fətəliyeva və Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev iştirak edib.
Seminarda kənd təsərrüfatı biliklərinin yayım sisteminin qiymətləndirilməsi mexanizmi, koordinasiyası, fermerlərlə yayım işçiləri arasında qarşılıqlı əlaqə, bitki klinikalarının yaradılması təcrübəsi ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb və praktik məşğələlər təşkil olunub.
İştirakçı ölkələrin hər birində informasiya-məsləhət xidməti sisteminin qiymətləndirilməsi və hesabatın tərtib olunması üçün icmal plan hazırlanıb. İnformasiya-məsləhət xidməti üzrə strategiyanın hazırlanması ətrafında geniş müzakirələr aparılıb. Nəticədə hər bir ölkənin qanunvericiliyi, kənd təsərrüfatının təşkilatı strukturu nəzərə alınmaqla milli kənd təsərrüfatı informasiya-məsləhət xidməti üzrə strategiyanın hazırlanması üçün konkret vaxt müəyyən edilib.
Seminar çərçivəsində Daşkənd Aqrar Universitetinin təcrübə bazasında tətbiq edilən innovativ texnologiyalara və intensiv bağçılıq üzrə bir fermer təsərrüfatına baxış həyata keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024