Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə (ETSN) Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də iştirak edib.
Nazirlik nümayəndələri bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər.
Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024