Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən ümumilikdə 230 fermer yararlanıb.
Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Şəkidə fermerlərə səyyar xidmət davam etdiriləcək.
Nazirliyinin səyyar xidmət mikroavtobusları bu həftədən Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında da xidmətə başlayacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024