Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumlarının mühasiblərinə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən (ARPA) təlim keçilib.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların 50 mühasibi iştirak edib.
Mühasiblərə satınalmalar, kotirovka sorğularının tərtibatı, tenderlərdə iştirak və büdcədənkənar vəsaitlərin idarə edilməsi mövzuları ilə bağlı məlumat verilib.
Təlimdə büdcədənkənar fondların mahiyyəti və formalaşdırılması, bu sahədə qanunvericilik bazası, satınalmalar üzrə təlimatlar, tenderlərin keçirilməsi və bu prosesdə iştirak qaydaları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, təlim Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə baş tutub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024