Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti 24-27 sentyabr tarixlərində Rusiyanın paytaxtında keçiriləcək Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edəcək. Sərgidə iştirakın əsas məqsədi yerli istehsal olan qida məhsullarınının tanıdılması və yeni beynəlxalq əməkdaşlıqların yaradılmasıdır.
Məlumat üçün bildirək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qida və içki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Sərgi təşkil olunduğu ilk gündən etibarən böyük Rusiya bazarına çıxmaq istəyən beynəlxalq istehsalçıların əsas əməkdaşlıq mərkəzidir. Dünyanın müxtəlif ölkələrindən olan qida və içki məhsulları istehsalçıları öz məhsullarını tanıtmaq üçün bu platformada iştirak edirlər. Rusiya bazarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alan ATT də sərgidə yerli istehsal olan məhsullarla təmsil olunacaq, o məhsulların beynəlxalq tanıtımını həyata keçirəcək.
“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Moskva Beynəlxalq Qida Sərgisində “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, Haşimi düyüsü, noxud, düyü unu, həmçinin qurudulmuş meyvə və tərəvəzlər (feyxoa, pomidor, alça, alma və s.), ağ kişmiş, qara kişmiş, badam, zəfəran çayı və s. yerli kənd təsərrüfatı və qida məhsulları sərgilənəcək. Tədbir çərçivəsində ATT nümayəndə heyəti beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və yerli istehsal olan məhsulların ixracının artırılması məqsədi ilə bir sıra görüşlər həyata keçirəcək.
Xatırladaq ki, ATT əsas vəzifələri ilə bərabər, həmçinin kiçik və orta fermer təsərrüfatı sahiblərini və yerli qida istehsalçılarını xarici ölkələrə məhsul ixrac etmələri üçün dəstəkləyir və onlara kömək edir. Bu günə qədər ATT-nin dəstəyi nəticəsində yerli fermerlər Gürcüstan, Ukrayna, Rusiya kimi ənənəvi, Birləşmiş Ərəb Əmirliyi, Nigeriya kimi ənənəvi olmayan ölkə bazarlarına məhsul ixrac ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024