Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə müşavirə, seminar və təlim kursları keçirilir.
Bununla əlaqədar tərtib olunmuş qrafik üzrə Aparatın Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağiyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin dosenti Xaliq Xəlilov, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və “Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət mütəxəssis qrupu Zərdab və Ağcəbədi rayonlarında pambıq istehsalçıları və fermerlər üçün təlimlər keçiblər.
Təlimdə pambıq istehsalçılarına nəzərdə tutulan tədbirlər çərçivəsində pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətdə vacib marifləndirmə işləri aparılıb.
Təlimdə həmçinin, yerli mexanizatorlara kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməsi qaydaları tarla şəraitində əyani şəkildə göstərilib, fermerlərin sualları ətraflı şəkildə cavablandırılaraq mövzu ətrafında diskussiyalar aparılıb.
Bununla yanaşı Zərdab rayonunda da barama istehsalı ilə məşğul olan vətəndaşlarla görüş təşkil edilib, baramaçılığın inkişafı ilə əlaqədar onlara müvafiq tövsiyələr verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024