Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə taxıl əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024