Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyi Aparatının, tabeli qurumların və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri iştirak ediblər. Müşavirədə 2019-cu ildə taxılçılığın mövcud vəziyyəti, görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, gübrə ilə təminat, suvarma, alaq otlarına qarşı mübarizənin təşkilinə dair hesabatlar dinlənilib.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün görülən işlərə toxunulub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024