Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Nazirliyin kollektivi əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Daha sonra Şəhidlər Xiyabanında ölkənin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi hörmətlə anılıb, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Jurnalistlərə açıqlama verən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Aqrar sahədə ciddi islahatların aparıldığını deyən nazir resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunduğunu, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldığını vurğulayıb. O dövlətin aqrar siyasətə daim dəstək verdiyini, uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatının xüsusi yerə sahib olduğunu bildirib.
Nazir daha sonra ölkənin qabaqcıl fermerləri ilə görüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunan kənd təsərrüfatı işçilərini təbrik edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024