Şəbnəm Məmmədova və Martis van Splunter tədrisdə və elmdə innovativ metodların tətbiqi, startap layihələrin dəstəklənməsi məsələlərini müzakirə ediblər
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və məsləhətçi Martis van Splunter Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçiriblər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaqlar universitetin beynəlxalq əlaqələri, tədrisdə və elmdə innovativ metodların tətbiqi, startap layihələrin dəstəklənməsi, məsləhət xidməti təşkilinin mövcud vəziyyəti ilə tanış olub, qarşıda duran prioritet vəzifələri müzakirə ediblər. Universitetin bir qrup əməkdaşının iştirak etdiyi görüşdə fikirlər dinlənilib, təkliflər irəli sürülüb. Daha sonra qonaqlar universitetin tədris auditoriyaları, laboratoriyalar, mərkəzlər, əsaslı kitabxana, tələbə evləri, idman zalları ilə tanış olublar.
Hər iki qonaq ADAU I Beynəlxalq Yay Məktəbinin iştirakçıları qarşısında mühazirələr söyləyib, tələbələrə sertifikatların təqdimatı mərasimində iştirak ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024