2018-ci ilin 11 ayı ərzində respublikaya daxil olan 1407 vaqondan 498 vaqon yuyulub dezinfeksiya olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsinin əsas vəzifəsi dəmir yolu vasitəsi ilə daşınan heyvanların (iribuynuzlu, quş, arı ailələri, balıq, xəzdərili və s. heyvanlar daxil olmaqla), həmçinin yemlərin baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təmin etmək, heyvanların xəstələnməsinin və ölümünün qarşısını almaq, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən əhalini qorumaq, ümumilikdə, dəmir yolu ilə daşınma zamanı respublika ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq və profilaktik tədbirlər görməkdir.
Hazırda bir sıra ölkələrdən, o cümlədən Rusiya, Ukrayna, Latviya, Belarusiya, Ruminiya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir. Daşınan yükdən boşaldılmış vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır.
Ələt yuma-dezinfeksiya məntəqəsində işlər yüksək səviyyədə qurulub və məntəqə bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.
Qeyd edək ki, 2018-ci ilin 11 ayı ərzində respublikaya daxil olan 1407 vaqondan 498 vaqon yuyulub dezinfeksiya olunub. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra \"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024