Aqrar Xidmətlər Agenlitiynin mütəxəssiləri tərəfindən Biləsuvar, İmişli, Saatlı və Sabirabad rayonlarının bitki mühafizəsi mütəxəssisləri və fermerlər üçün “Çəyirtkəkimilərlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib.
Təlimdə yerli qurumların bitki mühafizəsi üzrə mütəxəssisləri və fermerlər iştirak edib. İştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, onlara qarşı mübarizə üsulları və dərmanlamalar zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin çəyirtkələrlə bağlı Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlim tarla şəraitində - çəyirtkələrin məskunlaşdığı Küdrü düzü ərazisində davam etdirilib və çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə toplanmış məlumatların planşetlərə köçürülməsi, məlumat bazasına ötürülməsi izah olunub və ultra kiçik həcmli (UKH) çiləyici texnikaların kalibirlənməsi nümayiş etdirilib.
Qeyd edək ki, ölkəmizdə sürü əmələ gətirən Mərakeş, İtaliya və Asiya çəyirtkələri mövcuddur. Məskunlaşma yerləri adətən dağətəyi ərazilər, yamaclar, seyrəkləşmiş otluq sahələri, xam torpaqlar və digər yerlərdir. Bu növlər xüsusi təhlükəli zərərli orqanizmlərə aid olub geniş polifaq zərərvericilər hesab edilir. Ölkə ərazisində 1 nəsil verir.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində çəyirtkələrə qarşı mübarizə kampaniyası yaradılır və mart-sentyabr aylarında çöl şəraitində mübarizə işləri həyata keçirilir.
Analoji tədbirlərinin Eldar düzü, Ceyrançöl və Acınohur çöllərində davam etdirilməsi nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024