Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə 2019-cu ildə sınağa təqdim olunmuş bitki sort/hibridlərinin metodikaya uyğun olaraq sınağı həyata kecirilir.
Bununla əlaqədar mütəxəssislərin iştirakı ilə tərəvəz bitkiləri üzrə sınaqda olan sort/hibridlərin şitillərinin açıq sahəyə köçürülməsi yekunlaşıb.
Cari ildə tərəvəz bitkiləri üzrə pomidorun 25, xiyarın 10, bibərin 2, badımcanın 2, lobyanın 2, sarımsağın 3, kələmin 4 sort/hibridinin əkin materialı Lənkəran Dövlət Sort Sınaq Məntəqəsinə (DSSM) təqdim olunub və hal-hazırda sınaq işləri aparılır.
DSSM-də sınağa təqdim olunmuş sort/hibridlərin sınaq sahəsində aqrotexniki tədbirlər iş planına uyğun olaraq vaxtında yerinə yetirilir və fenoloji müşahidələr aparılır. Aparılan sort-sınaq işlərinin nəticələrindən asılı olaraq yüksək göstəricilərə malik olan sort/hibridlər secilərək “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reysteri”ndə qeydiyyata alınacaqdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024