Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəltik əkilən sahələrə baxış keçirilib və alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb.
Belə ki, rayonun Girdəni kəndi ərazisində “Muğam-düyü” MMC-ə məxsus 97 hektar çəltik sahəsində alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb.
Çəltik əkinlərinə sirayətlənən əsas alaq otlarından çayır otu, iri dənli çəltik darısı (slufə) qarşı “Ciliger” preparatı ilə hektara 1 litr məsarif norması ilə mübarizə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, çəltik yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Respublikamızda çəltik əsasən Lənkəran, Astara, Masallı, Ucar, Ağdaş, Göyçay, Şəki rayonlarında becərilir. Ölkəmizdə çəltiyin “Yerli Masallı-Sədrisi”, “Haşimi”, “Apallo” və “Avanqard” kimi sortları yetişdirilir. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 30-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə isə 50-60 sentner və daha artıq olur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024