Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 300 hektar meşə təsərrüfatı sahəsində fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinq nəticəsində Lənkəran ərazisində meşə fondu və bələdiyyə ərazilərində, eləcə də Cil kəndi (4 ha), Şıxakəran kəndi (2 ha), Osaküçə kəndi (28 ha) və Şovu kəndi (8 ha) ərazilərində mövcüd olan nil, vələs və Hirkan şumşad ağaclarında şumşad odlucasının ikinci nəslinin 1-2 yaş dövrü tırtılları müəyyən edilib.
Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən Cil kəndində 4 ha sahədə Asetisuper kimyəvi preparatından istifadə etməklə kimyəvi mübarizə işlərinə başlanılıb. Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir.
Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir.
Şümşad odlucası şəhər yaşıllıqlarına və təbii meşə massivlərinə ciddi zərər vurur. Zərərvericinin il ərzində 2-4 nəsil verməsi meşə sahələrində qidalandıqları bitkilərin qısa müddətdə tam defolyasiyasına və qurumasına səbəb olur. Zərərvericinin qanadları girdə formada və buğumlardan ibarətdir. Onların rəngi açıq mavi rəngdə olur. Şümşad odlucasının əsasən tırtılları ziyan vurur. Tırtıllar bir neçə saat ərzində böyük sahələrə ziyan vurmağa qadirdirlər.
Şümşad odlucasına qarşı müşahidələrə erkən yaz aylarında başlanılmalıdır. İlk sirayətlənmə müəyyən olunan kimi isə mübarizə tədbirlərinə start verilməlidir. Birinci nəsli aprel ayının 15-dən başlayır, noyabr ayına kimi nəslin yaşaması davam edir. Zərərvericiyə qarşı kimyəvi mübarizə zamanı Desis, D-58, Fastaq, B-58 və s. kimyəvi preparatlardan istifadə olunmalıdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024