Müşahidə aparılan 180 hektar sahənin 38 hektarında sirayətlənmə müəyyən edilib
Lənkəran rayonu ərazisində kiçik tut odlucasına qarşı 180 hektar sahədə müşahidə aparılıb və nəticədə 38 hektar sahədə sirayətlənmə müəyyən edilib. Artıq 8 hektar sahədə təsərrüfat subyektləri tərəfindən mübarizə aparılıb. Bunlardan Lənkəran rayon İstisu qəsəbəsindəki tut bağında 2 hektar sahədə, Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində yerləşən tut bağında isə 6 hektar sahədə mübarizə davam etdirilir.
Qeyd edək ki, kiçik tut odlucasının kəpənəkləri 20-23 mm olub, qızılı sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən baş verir. Pupdan çıxdıqdan bir gün sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayır. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrünün uzunluğu 3-20 gün, dişi fərdlərin məhsuldarlığı isə 40-200 yumurta/fərd təşkil edir. Yumurtadan təzə çıxmış tırtıllar ilk günlər tut yarpaqlarının alt tərəfində damarlar yaxınlığında qidalanırlar. Temperatur şəraitindən asılı olaraq kiçik tut odlucası qışlamanı tırtıl mərhələsində torpaqda, ağac çatlarında, qabıq altında keçirir. Avqust-sentyabr aylarında 3 və 4-cü nəsil odlucalar bitkilərə daha çox ziyan vurur. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı onun yarpaqlarının 70-80% yeyilməsinə səbəb olur və ağacın quruması təhlükəsi yaranır.
Kiçik tut odlucasına qarşı aqrotexniki və kimyəvi üsullarla mübarizə aparılır. Payızda çəkil və tut ağacların ətrafında tökülmüş yarpaqları toplayıb yandırmaq qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda və odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində belənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024