Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Laurent Lejard və Romain Dufer Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin də iştirak etdiyi görüşdə Quba Regional Aqrar Elm Mərkəzinin Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birlikdə “Dənli bitkilər” layihəsini həyata keçirdiyi vurğulanıb. Layihə çərçivəsində Xaçmaz rayonunda, eləcə də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində, ümumilikdə, 65 hektar sahədə yumşaq buğdanın “Renan” və “Barok” sortları və 30 hektar sahədə arpanın “Ramata” sortu əkilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə reallaşan layihənin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.
Daha sonra qonaqlar Fransadan gətirilən sortların əkildiyi əkin sahələrinə və institutun təcrübə sahələrinə baxış keçiriblər. Bildirilib ki, Fransadan Azərbaycana yeni buğda və arpa sortları gətirərək yerli torpaq iqlim şəraitinə uyğunlaşmasının sınaqdan keçirilməsi gələcəkdə ölkəmizdə taxıl istehsalının artırılmasına dəstək məqsədi daşıyır.
Sonda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən iki qurum arasında birgə kadr hazırlığı, elmi-tədqiqat işlərinin aparılması və eləcə də elmi-praktiki konfransların təşkili sahəsində birgə layihələr həyata keçiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024