Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üçün “Szent István University”ndə kənd təsərrüfatı su idarəetmə mühəndisliyi, bitki qorunması, məhsul istehsalı ixtisasları üzrə təqaüd proqramı elan edir. Təhsil magistratura səviyyəsi üzrə, ingilis dilində, 2 il müddətində olacaqdır. Tələbələr təhsil müddətində təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta ilə təmin olunacaqlar. Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.
Qeyd edək ki, yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.
Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024