“Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda təlimlərə start verilib. Beş gün davam edəcək təlimlərdə institutun 10 əməkdaşı üçün meristem və toxuma kulturası sahəsində kurs keçəcəklər. Təlim institutun bu sahədə ixtisaslaşmış yüksək səviyyəli mütəxəssisləri tərəfindən ilk dəfə olaraq həyata keçirilir. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində təlimin keçirilməsi üçün müvafiq dəstək verilib, təlim materialları beynəlxalq məsləhətçi ilə razılaşdırılıb.
Təlim çərçivəsində keçirilən təqdimatda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Hacıyev, FAO Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov iştirak edərək milli kartofçuluq üzrə milli sistemin yaradılmasının əhəmiyyətinə toxunublar. Məlumat verilib ki, təlimlər zamanı iştirakçılar sağlam kartof toxumçuluğu sahəsində biotexnologiyanın tətbiqi, meristem bitkilərə biotik və abiotik amillərin təsiri, toxuma kulturası, onun xəstəliklərdən azad toxum materialının alınmasında rolu ilə bağlı maraqlı təqdimatlarla tanış olacaqlar.
Layihənin əsas məqsədi aqronomlar, fermerlər, toxum istehsalçıları və emalçılar arasında texnologiya və biliklərin yayılmasını təmin etməkdir. Layihəyə əsasən, müvafiq yerlərdə sağlam toxumluq kartof istehsalı üçün əsas infrastrukturlar (laboratoriyalar, istixanalar, istehsal sahələri, anbarlar) yaradılacaq, sistemin tətbiqini və dayanıqlığını təmin etmək məqsədilə təlimlər təşkil ediləcək. Müxtəlif səviyyələrdə həyata keçiriləcək təlim fəaliyyətləri sınaq və sağlam toxumluq kartof istehsalına daha nizamlı və kollektiv yanaşma üçün etibarlı əsası təmin edəcək.
Qeyd edək ki, təlim çərçivəsində iştirakçılar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya və istixanalarında həyata keçirilən biotexnoloji analizlərlə yaxından tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024