Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Meyvəçilik üzrə təlim modulları” adlı yeni kitabı nəşr edilib.
Kitabda bağ əkini qaydaları, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin aparılması, müasir üsulla tingyetişdirmə, məhsul yığımı və depolama haqqında ətraflı məlumatlar yer alıb.
Kitabın müəllifləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, institutun əməkdaşları Sevil Süleymanova, Nardan Sadıqova, Elnarə Xankişiyeva və Zəminə Sərhədovadır.
Kitab meyvəçiliklə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024