Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüş keçirib. Görüşdə İmran Cümşüdov zəngin keçmişə malik institut qarşısında duran vəzifələrdən bəhs edib: “Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. İnstitutun gələcəkdə elmi-tədqiqat işlərinin aparılmasında fermer təsərrüfatları ilə sıx əlaqələrin yaradılması mühüm əhəmiyyət kəsb edir. O cümlədən, elmi-tədqiqatlar sahəsində fəallığın daha da artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir.
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, elmi işlər üzrə direktor müavini Vahid Əliyev aparılan elmi-tədqiqat işləri və həyata keçirilən layihələr, təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rüstəmov isə təsərrüfatların vəziyyəti və hədəflər barədə geniş məlumat veriblər.
Bildirilib ki, institutda 150 əməkdaş çalışır, onlardan 59 nəfəri elmi işçi, 5 nəfəri elmlər, 22 nəfəri isə fəlsəfə doktorudur. 9 şöbə və 3 laboratoriya tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Şöbələrdə meyvə bitkilərinin seleksiyası, becərmə, tingçilik, inteqrir mübarizə texnologiyaları öyrənilir. Laboratoriyalar isə aqroekologiya və analizlər, biotexnologiya, emal və saxlama texnologiyaları üzrə fəaliyyətini davam etdirir.
İmran Cümşüdov institut əməkdaşlarını maraqlandıran sualları cavablandırıb, yaxın gələcəkdə aqrar elm sahəsində həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib.
Sonda institutun təcrübə şəbəkələrinə, laboratoriyalarına baxış keçirilib, aparılan analiz və tədqiqat işləri təhlil edilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024