Mövsümün ilk səyyar satış xidməti Şəmkirdə baş tutub
Sentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. İlk səyyar satış sentyabr ayının 10-da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində baş tutub. Ələsgərli kəndindəki səyyar satış zamanı 30-dan çox vətəndaş müraciət edib və 36 ton ammofos gübrəsi satılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Sentyabrın 11-də Şəmkirin Yenigöyçə kəndində, sentyabrın 12 -də isə Şəmkirin Çənlibel kəndində səyyar satış xidməti həyata keçiriləcək.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel 2024
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024