“Mövcud su qıtlığı şəraitində cari ildə pambıq əkinlərinin suvarma problemləri və onların həlli yolları” mövzusunda videokonfrans formatında müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də hər iki qurumun aidiyyəti struktur rəhbərləri, pambıq istehsalı ilə məşğul olan beş aparıcı şirkətinin rəhbəri, pambıq istehsalı üzrə ixtisaslaşan 20 rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktoru və suvarma idarələrinin rəhbərləri iştirak edib.
Müşavirədə ölkədə yaşanan su qıtlığının suvarmada yaratdığı problemlər, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış müvafiq Komissiyanın indiyədək gördüyü və planlaşdırılan işlər barədə iştirakçılara geniş məlumat verilib.
Pambıqçılıq sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri və müvafiq DAİM direktorlarının mövcud şəraitdə pambıq əkinlərinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev mövcud su qıtlığı şəraitində su resurslarının səmərəli istifadəsi ilə bağlı tətbiq olunan qrafiklər barədə məlumat verilib və qaldırlan məsələlərin həllinə dair müzakirələr aparılıb.
Sonda hər iki qurumun rəhbərliyi tərəfindən problemlərin həlli istiqamətində tabeli təşkilatlara tapşırıqlar verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024