Rusiyanın paytaxtı Moskva şəhərində “World Food Moscow 2019” beynəlxalq qida sərgisi öz işinə başlayıb. Artıq 3-cü ildir ki, ölkəmiz “World Food Moscow” sərgisində Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tərəfdaş kimi çıxış edir. Sərgidə vahid ölkə stendi ilə təmsil olunan Azərbaycanın qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkəti iştirak edir.
Sərgidə iştirak edən “Aqrar Tədarük və Təchizat” ASC kiçik və orta aqrar sahibkarları təmsil edərək onların qablaşdırılmış məhsullarını nümayiş etdirir. Əsas məqsəd xarici forum və sərgilərdə iştirak edərək aqrar ticarətin uğurlu təşkilinə nail olmaq, yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının ixracının artırılmasına dəstək göstərməkdir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin sərgi salonunda yerləşdirilmiş stendində müxətlif ölkələrin rəsmi və biznes strukturlarının nümayəndələrinə Azərbaycan istehsallı kənd təsərrüfatı və qida məhsullarının tanıtımı həyata keçirilib, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün görülən işlər barədə məlumat verilib.
Sərgini ziyarət edən Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Aqrar Tədarük və Təchizat” ASC-nin stendinə də baş çəkib və Azərbaycanın müxtəlif istehsalçıları ilə yanaşı, kiçik və orta aqrar sahibkarların məhsulları ilə yaxından tanış olub.
Qeyd edək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qida və içki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Builki sərgidə ümumilikdə dünyanın 65 ölkəsindən şirkətlər iştirak edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024